EN

"Barselona"nın planı pozuldu: "Kamp Nou"ya dönüşü təxirə düşdü

"Barselona" yaxın vaxtlarda doğma stadionu "Kamp Nou"ya qayıda bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Barselona bu mövsüm öz stadionunda oynaya bilməyəcək. Qayıdışın 2026-cı ilə qədər təxirə salınması ehtimalı da var.

Bunun iki səbəbi var. Birincisi, VİP otaqların tikintisində gecikmələr, ikincisi, yanğınsöndürmə idarəsindən icazələrin alınması ilə bağlı yaranan problemlərdir.

Daha əvvəl “Barselona”nın bu ilin fevral-mart ayları arasında “Kamp Nou”ya dönəcəyi bildirilirdi.

Chosen
30
publika.az

1Sources