EN

AFFA Qurban Qurbanova görə hansı addımı atmağa məcbur oldu?

Azərbaycan Premyer Liqasının 27-ci turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilməsini xəbər vermişdik.

AFFA tərəfindən açıqlamada səbəb kimi martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçirilməsi göstərilmişdir.

Amma əsl səbəb başqadır.

Bu barədə yeni bilgilər əldə etmişik.

Belə ki, yerdəyişməyə yeganə səbəb Qurban Qurbanovdur.

Belə ki, AFFA İcraiyyə Komitəsinin növbəti iclası Tovuzda baş tutacaq.

Bildiyiniz kimi İK-nın üzvlərindən biri də "Qarabağ"ın baş məşqçisidir.

Onun iclasda iştirakını təmin etmək üçün məhz bu addım atılıb.

SPORTİNFO.AZ

Chosen
66
17
sportinfo.az

10Sources