EN

Əfv Komissiyasının iclası keçirildi: 100-dən artıq müraciət...

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Komissiyanın üzvü, Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

Onun sözlərinə görə, komissiyaya daxil olan müraciətlərin hər biri araşdırılacaq. Növbəti iclas martın ikinci ongünlüyündə keçiriləcək.

Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Chosen
53
2
axar.az

3Sources