Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.