Azərbaycandan Moldova millisinə futbolçu çağırıldı
“Araz-Naxçıvan”ın futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı DÇ-2026-nın seçmə mərhələsində Norveç yığması ilə qarşılaşma üçün milliyə çağırılıb.
Qeyd edək ki, Moldova - Norveç matçı martın 22-də Kişinyovdakı "Zimbru" stadionda keçiriləcək.