EN

Yekaterinburqa uçan sərnişin təyyarəsinin ön şüşəsi çatlayıb

"UTair" aviaşirkətinin Ufadan Yekaterinburqa uçan sərnişin təyyarəsinin uçuş zamanı ön şüşəsi çatlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə martın 4-də təyyarənin ekipajı ön şüşənin sağ tərəfində kiçik çatla bağlı dispetçerə məlumat verərkən baş verib.

Lakin pilot qəza siqnalı verməmək qərarına gəlib və uçuşu təyinat yerinə davam etdirib. Bildirilib ki, təyyarə Koltsovo hava limanına təhlükəsiz eniş edib.

Chosen
27
far.az

1Sources