Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri davam edir.
İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı VII turda rusiyalı Maksim Samuşenko ilə qarşılaşıb.
Şahmatçımız ağ fiqurlarla heç-heçə edib. Aydın 7 turda 4 xal toplayıb və 55-ci yerdə qərarlaşıb. Digər təmsilçimiz Rəvan Əliyev Polina Şuvalova (Rusiya) ilə dueldə texniki məğlubiyyət alıb. O, Aydından 1 xal az toplayıb və 94-cü yerdədir.
Qeyd edək ki, VII tur təkhakimiyyətliliklə yekunlaşıb. Qələbə ilə xal hesabını 6-ya yüksəldən Yan Nepomnyaşi (Rusiya) digər şahmatçıları arxada qoyub.
İdman.biz