EN

Zelenski, Makron və Starmer tezliklə Vaşinqtona gedəcəklər

Zelenski,

Fransa hökuməti Fransa prezidenti Makronun Britaniyanın baş naziri Starmer və Ukrayna lideri Zelenski ilə birlikdə yaxın gələcəkdə Vaşinqtona səfər edə biləcəyini təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, Fransa hökumətinin sözçüsü Sofi Primas deyib ki, Yelisey Sarayı Makronun Zelenski və Starmerlə Vaşinqtona qayıda bilməsi ehtimalı nəzərdən keçirir.
S. Primas səfərin tarixini dəqiqləşdirməsə sə, bunun “yaxın gələcəkdə” baş tuta biləcəyi qeyd edilir.

Xatırladaq ki, Britaniya mediası da Makron, Starmer və Zelenskinin ABŞ-a mümkün səfərindən yazmışdı. Qeyd olunurdu ki, gələn həftə ABŞ prezidenti Donald Trampa Ukraynadakı müharibənin nizamlanması üzrə vahid planı təqdim etmək üçün Vaşinqtona getməyə hazırlaşırlar.

E. KAMAL
Chosen
128
24
reyting.az

10Sources