EN

Prezident: "Bakı-Tbilisi-Qars dəmir yolunun Türk dünyasını birləşdirmək üçün böyük faydası var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan verdi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.
"Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir", - deyə dövlətimizin başçısı əlavə edib.
Chosen
178
50
oxu.az

10Sources