EN

Övladına işgəncə verən ana saxlanıldı, cinayət işi başlanıldı

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb. 

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. 

 

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb. 

 

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. 

 

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.  

 

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

 

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

 

Onu da qeyd edək ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.

 

Chosen
137
3
senzor.az

10Sources