EN

Bruno Laji: “Bizi Barselona”nın ad-sanı maraqlandırmır”

“Benfika”nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının 1/8 finalının evdə “Barselona” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az portuqal mütəxəssisin oyunöncəsi mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Bizim hazırlığımız elə, çempionat oyunu ərəfəsindəki hazırlıq kimi olub, amma strategiyamız azacıq fərqlənə bilər. Biz çoxlu qollar vuran əla komanda ilə qarşılaşacağıq, amma biz, onlara qarşı icra etdiyimiz yaxşı xüsuslara, məsələn, tərəfimizdən yaradılmış çoxsaylı məqamlara köklənməliyik. Biz təpki göstərə biləcəyimizə inanmalıyıq.

Bizi, “Barselona”nın favorit olub-olmadığı maraqlandırmır. Mən ancaq sabah nəyə müvəffəq ola biləcəyimizə tamamilə diqqət cəmləmişəm. Biz Çempionlar Liqasında, Portuqaliya Kubokunun yarımfinalında oynayırıq, Portuqaliya Premyer Liqası da bizim əlimizdə qalır, biz artıq bir qəniməti qazanmışıq – Portuqaliya Liqa Kuboku. Bizim məqsədimiz – cari mövsümdə daha da çox qənimət qazanmaqdır”, deyə Bruno Laji mübariz ruhda vurğulayıb.

Hakim “Benfika” – “Barselona” oyununun başlanğıc fitini martın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da səsləndirəcək.

Əlavə edək ki, “Benfika” Çempionlar Liqasının hələ Liqa mərhələsinin 7-ci turunda “Barselona” ilə Lissabonda qarşılaşıb. Bu oyunda “qartallar” hesabı açsalar da, oyunun gedişində iki dəfə iki top fərqi ilə – 3:1, 4:2 hesablı üstünlüklər saxlasalar da, “blauqrana” geri-dönüş etməyi bacarmış, 90+6-cı dəqiqədə vurduğu qolla isə 5:4 hesablı möhtəşəm qələbə qazanmışdı.

Chosen
33
arena.az

1Sources