“Neftçi” futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda “Kəpəz”lə üz-üzə gəlib. Görüş Gəncə klubunun qələbəsilə başa çatıb – 1:0.
Bu nəticənin ardından paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu isə 22 xalla 9-cu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XXV tur
5 mart
17:00. “Kəpəz” – “Neftçi” 1:0
Qol: Şevroni Mabatşoev, 50
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu