EN

Rusiya Moldova səfirinə nota verdi: İzahat istənildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Xarici İşlər Nazirliyi (XİN) Moldova səfiri Lilian Dariyə nota təqdim edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildiriblər.
Səfirdən Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişinyovdakı səfirinin etimadnaməsini hələ də qəbul etməməsi ilə bağlı izahat tələb olunub.
XİN-in məlumatına görə, Moldova hələ 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya səfiri Oleq Ozerovun etimadnaməsini qəbul etməyərək, 1961-ci il tarixli Vyana Konvensiyasını pozur.
Chosen
21
1
oxu.az

2Sources