Boliviya Futbol Federasiyasının İntizam Komitəsi yeni mövsüm ərəfəsində futbolçunun yaşını saxtalaşdırdığı üçün "Avrora" klubunu cəzalandırıb.
"Report" "TyC Sports"a istinadən xəbər verir ki, araşdırma nəticəsində "Avrora”nın hücumçusu Qabriel Montanyonun adının əslində Dieqo Montanyo və 20 deyil, 25 yaşında olduğu müəyyənləşib.
Nəticədə klubun 33 xalı silinib. Həmçinin futbolçu 2 illik, klubun prezidenti Xayme Kornexo isə 3 illik diskvalifikasiya edilib. “Avrora”nın yeni rəhbəri federasiyanın qərarından şikayət etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, komanda ötən mövsümü 48 xalla dördüncü pillədə bitirib. Məlum insindentə baxmayaraq, ötən çempionatın nəticələri dəyişməz qalacaq.
Montanyo klubda 21 oyun keçirib, 8 qola və 1 məhsuldar ötürməyə imza atıb.