EN

Üç dəfə asqıran adam insult keçirdi - FOTO

35 yaşlı kişi üç dəfə şiddətli asqırdıqdan sonra insult keçirib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatında baş verib.

Belə ki, mühəndis Yan Eplqeyt 3 dəfə güclü asqırdıqdan sonra boynunda arteriya partlayıb, bu da insultla nəticələnib.

"Allergik reaksiyam var idi və üç dəfə ard-arda şiddətlə asqırdım. Qəflətən güclü baş ağrısı və bədənimin sol tərəfində uyuşma hiss etdim. Sol tərəfim tamamilə uyuşdu və dərhal anladım ki, insult keçirmişəm. Ağrı dözülməz idi. O qədər təəccübləndim ki, qusmağa başladım. Heç vaxt belə bir şeyin mümkün olacağını düşünmürdüm”, - deyə Epliqeyt söyləyib.

Bir aydır xəstəxanada olan mühəndis hazırda intensiv reabilitasiyadan keçir.

Bu nadir hal hətta güclü asqırmanın belə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bir daha üzə çıxarıb. Mütəxəssislər xəbərdarlıq edir ki, oxşar şikayətləri olan insanlar xüsusilə allergiya mövsümlərində (mart, aprel, may və iyun) diqqətli olmalıdırlar.

Billurə Yunus

Chosen
12
1
azreform.info

2Sources