EN

Rusiyanın büdcə gəlirləri 400 milyard dolları keçib – HP

Rusiya Federasiyasının büdcə gəlirləri 2024-cü ildə 36,7 trilyon rubl (409,4 milyard dollar) təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 26% çoxdur. 

Valyuta.Az xəbər verir ki, bu barədə Rusiyanın Hesablama Palatası məlumat yayıb.  

"Federal büdcənin gəlirləri 36,7 trilyon rubl (409,4 milyard dollar) təşkil edib ki, bu da proqnozlaşdırılan ümumi gəlirlərdən 1,6 trilyon rubl (17,8 milyard dollar) və ya 4,7% çoxdur. 2023-cü illə müqayisədə büdcə gəlirləri 7,6 trilyon rubl (84,8 milyard dollar) və ya 26% artıb. Bunun 2,3 trilyon rublu (25,7 milyard dollar) (26,2%) neft-qaz sektorundan, 5,3 trilyon rublu (59,1 milyard dollar) (26%) isə qeyri-neft-qaz sektorundan əldə olunub", – hesabatda qeyd olunub.  

Büdcə xərclərinin icrası 99% (40,2 trilyon rubl / 448,6 milyard dollar) təşkil edib, halbuki bu göstərici 2023-cü ildə 98,1% idi. Xərclər 7,8 trilyon rubl (87 milyard dollar) və ya 24,2% artıb.  

Federal büdcənin kəsiri isə 3,5 trilyon rubl (39 milyard dollar) səviyyəsində olub.  

Rəhim

Chosen
31
valyuta.az

1Sources