EN

Rüşvət alan müəllimlər işdən çıxarılıb

Rüşvət

"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb".“Ulusum”.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.Rektor həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyacını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır. Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.Rektor onu da xüsusi olaraq qeyd edib ki, universitet tələbələrinin adına saxta səhifələr yaradılması və həmin səhifələrdə qeyri-etik paylaşımlar edilərək tələbələrin şantaj olunması məsələsi araşdırılır. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə tələbənin şikayətini dinləyib və lazımi tədbirləri görür.

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib

Türkiyə və Azərbaycan arasında təbii qaz sazişi təsdiqlənib

Chosen
14
38
ulusum.az

10Sources