EN

“Apple” Britaniya hökumətini məhkəməyə verdi


“Apple” bu gün Böyük Britaniya hökumətinin şifrələnmiş “iCloud” istifadəçi məlumatlarına açıqlanmayan giriş tələbinə etiraz edərək Böyük Britaniyanın İstintaq Səlahiyyətləri Tribunalına iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, bu ilin əvvəlində Böyük Britaniya hökuməti İstintaq Səlahiyyətləri Aktından istifadə edərək, “Apple”dan bütün dünyada “iCloud”da saxlanılan şifrələnmiş istifadəçi məlumatlarına gizli giriş imkanı verən arxa qapı yaratmağı xahiş edib. “Apple” bu tələbi yerinə yetirməkdən imtina edib.
Əvəzində, “Apple” hökumətə şifrələnmiş məlumatlara giriş icazəsi verməmək üçün Böyük Britaniyada “iCloud” istifadəçiləri üçün Təkmilləşdirilmiş Məlumat Qorumasını söndürmək qərarına gəlib. “Enhanced Data Protection” “iPhone”, “iPad” və “Mac” istifadəçilərinin “iCloud”da saxlanmış məlumatları üçün başdan-başa şifrələməni təmin edib.
Chosen
9
2
yeniavaz.com

3Sources