EN

“Qələbələr olmayanda bəzən insanları dəyişməli olursan“

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim gələcəyi ilə bağlı təəccüblü açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Portuqaliyalı futbolçu tezliklə İngiltərə klubundan ayrıla biləcəyini etiraf edib:

“Bilmirəm burda qalacam ya yox. Gələcəkdə qayıdıb qalib gələcəyimizi düşünürük. Çox şey edirik, amma matçlarda qalib gələ bilmirik. Qələbələr olmayanda isə bəzən insanları dəyişməli olursan. Biz bunu bilirik”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında turnir cədvəlində 14-cü yerdədir. Ruben Amorimin komandası növbəti oyununu martın 6-da, cümə axşamı Avropa Liqasının 1/8 finalında “Real Sosyedad”a qarşı keçirəcək.

Chosen
33
futbolpress.az

1Sources