EN

İqdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək - Ərdoğan

Ankara. Trend:

İqdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində dahaəvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvanilə ortaq taleyimizin bir nişanəsi olacaq.

Trend xəbər verir ki, bufikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqdır-Naxçıvanqaz boru kəmərinin açılış mərasimində çıxışında səsləndirib.

Prezident Ərdoğan qeyd edib: “BOTAŞ tərəfindən inşa edilən 80kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletməqabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qazehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təminedəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmışoluruq”.

Chosen
72
14
az.trend.az

10Sources