EN

Pentaqon Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib

Pentaqon

Pentaqona Ukraynaya bütün hərbi yardımı dayandırmaq barədə göstəriş verilib.

Reyting.az
-ın məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi TASS-ın Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatı verib-vermədiyini aydınlaşdırmaq üçün sualına cavabında deyib.

Daha əvvəl “Sky News” nəşri ukraynalı mənbəyə istinadla yazıb ki, ABŞ kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsini dayandırıb.

TASS-ın bu məsələ ilə bağlı sualına ABŞ hərbi rəsmisi belə cavab verib:

“Bazar ertəsi saat 18:00-da ABŞ Müdafiə Nazirliyinə Ukraynaya bütün yardımları, o cümlədən tranzitdə olan yardımları dayandırmaq əmri verildi”.

O, başqa təfərrüatları açıqlamayıb.

Pentaqon bu dayandırmanın kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsinə aid olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala hələ cavab verməyib.

E. KAMAL
Chosen
52
reyting.az

1Sources