EN

Azərbaycanda xarici təsisçili şirkət bağlanır

"Gulego Foods" , "Gün Staffinq" MMC-lər ləğv olunur.

Valyuta.az xəbər verir ki, "Gulego Foods" ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2023-cü ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Slota Vitaliidir. Nizamnamə kapitalı 1700 manat təşkil edir.

"Gün Staffinq" ilə bağlı isə kreditorlar iki ay ərzində tələblərini Abşeron şəhəri, Xırdalan rayonu, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 1, mənzil 124 ünvanına bildirə bilərlər.

Nizamnamə kapitalı 5 manat olan MMC 2007-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyeva Aytən Rəşad qızıdır.

Maya Hüseynova

Chosen
38
valyuta.az

1Sources