EN

Sumqayıtda qadınlar bıçağa əl atdılar – TƏFƏRRÜAT VİDEO

Qonşu qadınların mübahisəsində qan tökülüb.

Xezerxeber.az-ın xəbərinə görə, Sumqayıtda 59 yaşlı qadın bıçaqlanıb.

Məlumata görə, 35 yaşlı Çinarə Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 59 yaşlı  Xırda Məmmədovaya bıçaqla xəsarət yetirib. Qadın bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

DİN-nin mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, Sumqayıt şəhəri ərazisində 59 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
44
xezerxeber.az

1Sources