EN

“Kimisə istefaya göndərmək bizim işimiz deyil” - Azər Bağırov

“Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Onlara 2 kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq”.

Publika.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turunun “Neftçi” ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

– Kərim Lkoça 2 epizod qaçıranda nə düşündünüz?

– Bu barədə heç fikirləşmirəm. Bu, həyatdır, qaçıra da bilər, vura da bilər. Vursaydı, daha rahat olardıq.

– “Sumqayıt”ın 11 oyundur qol vura bilməməsi amili Kəpəzlə matçda necə təsir edə bilər?

– Mənfi amillər bizdə daha çoxdur, nəinki “Sumqayıt”da. Çünki onlar evdə oynayır. Sumqayıtın ehtiyat skamyası zəngindir. Hansı ki, Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.

Chosen
12
4
publika.az

5Sources