EN

“Apple” şirkəti Azərbaycanda sertifikatlı mütəxəssislər hazırlayacaq

Azərbaycanda “Apple” şirkəti ilə əməkdaşlıq çərçivəsində Təlim-Tədris və Sertifikasiya Mərkəzinin yaradılması planlaşdırılır.xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.Onun sözlərinə görə, mərkəzdə müəllimlərə “Apple”in əməliyyat sisteminin tədrisi nəzərdə tutulur:“Öncə müəllimlər öyrədiləcək, daha sonra onlar vasitəsilə tələbələr üçün ödənişsiz dərslər təşkil ediləcək. Beləliklə, bu proqram təminatını

öyrənən vətəndaşlar Azərbaycanda rəqəmsallaşma prosesinə ciddi töhfə verəcəklər – mobil tətbiqlərin yaradılmasında, formalaşmasında və geniş vüsət almasında. Eyni zamanda, onlar “Apple” şirkəti tərəfindən sertifikat almış olacaqlar. Bu, həm də onların xarici bazarlarda fəaliyyət göstərməsi üçün kifayət qədər imkan yaradacaq”,- F.Cəfərov qeyd edib.

Chosen
33
3
apress.az

4Sources