EN

Ölənlərdən biri tələbə, biri müəllim imiş - Detallar - Video

Göygöldə dəm qazından zəhərlənərək ölənlərdən biri müəllim, biri isə tələbə imiş.

Vəfat edən qadınlardan biri orta məktəbdə müəllim işləyirdi.

25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.

Dünyasını dəyişən şəxslərdən biri isə tələbə idi. Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. / Qafqazinfo.az

***

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 5-i saat 7:50-də Göygöl rayonu, Aşıqlı kəndindən çağırış daxil olub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən dörd nəfərin (bir kişi və üç qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

Aləmdə Nəsib

10:32

Göygöldə dörd nəfərin ölümü ilə bağlı yeni ehtimal üzrə araşdırma aparılır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aşıqlı kəndində kirayədə yaşayan şəxslərin, həmçinin qidadan zəhərləndikləri ehtimalı da var.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.

09:24

Göygöldə dörd nəfər dəm qazından zəhərlənərək ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində olub.

Bildirilib ki, hadisə nəticəsində ölən şəxslər 1990-cı il təvəllüdlü S.Müseyibova, 1999-cu il təvəllüdlü S.Hüseynli, onun bacıları 2000-ci il təvəllüdlü M.Hüseynova və 2004-cü il təvəllüdlü X.Hüseynovadır.

Onlar həmin evdə kirayə qalırdılar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
73
show.az

1Sources