EN

Vəkil Adəm Məmmədov həbs edildi

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

 

Senzor.az bildirir ki, bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib.

 

Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

 

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu il yanvarın 27-də keçirilən iclasında Adəm Məmmədovun fəaliyyətinin 3 ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edilib.

Chosen
122
49
senzor.az

10Sources