EN

Azərbaycanın D-8 təşkilatına üzvlüyü nə vəd edir? -

“D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 8 müsəlman dövlətlərini birləşdirir. Təşkilata Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan daxildir və Azərbaycan da bu təşkilatın üzvüdür. D-8 təşkilatı 1996-cı ildə İstanbulda təşkil edilib, amma rəsmən 1997-ci ildə elan olunub. Baş nazir Əli Əsədovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti bu təşkilatın iclasında iştirak edib və Azərbaycan D-8-ə qəbul olub”.Bunu keçmiş millət vəkili, iqtisadçı Vahid Əhmədov Metbuat.az-a açıqlamasında Azərbaycanın D-8-ə üzvlüyündən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata üzv olması bir çox müsbət nəticələrə gətirib çıxara bilər:“Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayan bir ölkədir və mədəni, dini və sivilizasiya baxımından əhəmiyyətli bir mərkəzdir. Buna görə də D-8-ə üzv olmaq İslam həmrəyliyinin gücləndirilməsinə, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizəyə böyük töhfə verə bilər. Bundan başqa, bu təşkilat iqtisadi cəhətdən də çox vacibdir. D-8 çərçivəsində regionda təhlükəsizlik, sabitlik, rifah və faydalı əməkdaşlığın formalaşması təmin oluna bilər. Eyni zamanda iqtisadi əlaqələr, ticarət, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq daha da inkişaf edə bilər”.V.Əhmədov qeyd edib ki, Azərbaycanın D-8-ə üzv olması iqtisadi-siyasi sahədə, eləcə də İslam dünyasında ölkənin rolunu artıracaq:“Çünki bu təşkilata daxil olan səkkiz dövlət, Azərbaycan da daxil olmaqla dünya müsəlmanlarının təxminən 60 faizini təşkil edir. Azərbaycanın D-8 təşkilatına üzv olması ölkənin xarici siyasətinin uğurlu nəticəsidir və bu, Prezidentin apardığı siyasətin göstəricisidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
94
1
metbuat.az

10Sources