EN

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin "Sivasspor" komandası baş məşqçisi Ömər Ərdoğanla yollarını ayırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komanda Ö.Ərdoğanın rəhbərliyi altında 12 matçda 1 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, Sivas təmsilçisi hazırda Türkiyə Superliqasında 24 xalla 16-cı pillədə qərarlaşıb.

Chosen
16
5
yeniazerbaycan.com

7Sources