EN

Mingəçevirdə bağçada 20 uşaq 1 dayənin ümidinə qalıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mingəçevirdə bağçada müəllim çatışmır.
Şəhərdə fəaliyyət göstərən 7 saylı uşaq bağçasında günorta saatlarından sonra körpələr dayənin ümidinə qalırlar.
Oxu.Az xəbər verir ki, müəllimsiz qalan bağçada övladları tərbiyə alan valideynlər məsələ ilə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.
Valideynlər bildirib ki, yanvar ayından uşaqlar günorta saatlarından sonra müəllimsiz qalıblar. Məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat verilib. Hər dəfə də yeni müəllim gələcək vədi verilir.
Valideynlər uşaqlarını etibar edəcək müəllimin gələcəyini səbirsizliklə gözləsələr də, bu reallaşmır.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi müsabiqə və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçirilir.
Mingəçevir şəhəri 7 nömrəli "Günəş" uşaq bağçasında işə qəbul prosesinin tələblərinə cavab verən uyğun namizəd olmadığından rus bölməsi üzrə vakant yer tutulmayıb. Prosesin davam etdiyini nəzərə alaraq Regional Təhsil İdarəsi tərəfindən yaxın zamanda həmin vakant vəzifəyə uyğun əməkdaşın seçilməsi istiqamətində zəruri addımlar atılır.
Ətraflı süjetdə:
Chosen
53
oxu.az

1Sources