EN

FİFA dünya çempionatlarında yeniliyə HAZIRLAŞIR

Futbol üzrə dünya çempionatlarında ilk yaşanacaq. 

Bizim.Media xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, DÇ-2026-nın final oyununun fasiləsində musiqiçilərin iştirakı ilə şou keçiriləcək:

“Tarixdə ilk dəfə dünya çempionatının final oyununun fasiləsində şou olacağını təsdiqləyirəm. Bu, mundiallar üçün tarixi an və dünyanın ən böyük idman hadisəsinə layiq şou olacaq. Biz yarışın son həftəsində Tayms-Skverdə tədbirlər təşkil etmək üçün danışıqlar aparmışıq. 
 

Həm şounun, həm Tayms-Skverdəki tədbirlərin iştirakçılarının yekun siyahısını hazırlamaqda FİFA-ya kömək edəcək “Coldplay” qrupundan Kris Martin və Fil Harviyə təşəkkür edirəm”.


Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialın finalı Nyu-Cersidə baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
33
bizim.media

1Sources