Bakı. Trend:
2023-cü il fevralın 28-dən martın 1-nə keçən gecə Tempişəhərində baş vermiş qatar qəzasının ikinci ildönümünə təsadüf edənetiraz aksiyalarında Afinada, Yunanıstan parlamentininyaxınlığındakı mərkəzi Sintaqma meydanında etirazçılarla polisarasında toqquşmalar baş verib.
Trend xəbər verirki, bu barədə Yunanıstanın "Skai" telekanalı məlumat yayıb.
Məktəblilərin, tələbələrin, həmkarlar ittifaqı və ictimaitəşkilatların nümayəndələrinin iştirak etdiyi mitinqdən sonrameydanda kiçik toqquşmalar baş verib. Aksiya müxalifətpartiyalarının təqdim etdiyi hökumətə etimadsızlıq məsələsi iləbağlı parlamentdə başlayan müzakirələrə təsadüf edib.
Martın 5-də parlamentdə hökumətə etimadsızlıq məsələsi ilə bağlıüç günlük müzakirələr başlayıb. Səsvermənin martın 7-də axşamkeçirilməsi gözlənilir. Parlamentin kabinetə etimadı rədd etməsiüçün 151 səs lazımdır.
Lakin Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hakim"Yeni Demokratiya" partiyası, 300 yerlik bir palatalı parlamentdə156 səs çoxluğuna sahib olduğu üçün belə bir səsvermənin uğursuzolacağı gözlənilir.