Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarıntikintisini 2029-cu ildə, ikinci prezidentlik müddətinin sonunaqədər tamamlamağı planlaşdırır.
Trend xəbər verirki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens çərşənbə günüaçıqlama verib.
“Düşünürəm ki, prezident Donald Tramp səlahiyyət müddətininsonuna qədər bütün sərhəd divarının tamamlanacağına ümid edir. Və,əlbəttə ki, burada fiziki quruluşdan – sərhəd divarının özündəndanışırıq”, - o, Texas ştatının Eql-Pass şəhərində keçirdiyimətbuat konfransında bildirib.
Vens, həmçinin müdafiə naziri Pit Heqset və Milli Kəşfiyyatındirektoru Tulsi Qabbard ilə birlikdə ABŞ-ın cənub sərhədindəkimiqrant böhranı ilə bağlı vəziyyəti qiymətləndirmək üçün bölgəyəsəfər edib.