EN

Reuters: Paris və London yaxın günlərdə Ukrayna sülh planını hazırlamaq istəyir

Böyük Britaniya və Fransa ABŞ prezidenti Donald Trampa təqdim etmək üçün bir neçə gün ərzində Ukrayna ilə bağlı sülh planını yekunlaşdırmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə Avropakı diplomatik mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

"Biz bu planı həftələr deyil, günlər içində bir araya gətirməyi gözləyirik", - deyə mənbə bildirib.

İdeyanın məqsədinin ABŞ və Ukrayna arasındakı münasibətləri qaydaya salmaq olduğu bildirilir.

İlkin mərhələdə onlar qısamüddətli atəşkəs əldə edə, daha sonra isə daha geniş təhlükəsizlik təminatları tələb edə bilərlər.

Chosen
53
1
apa.az

2Sources