EN

Tramp evsizlər düşərgələrinin yığışdırılması ilə bağlı göstəriş verib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, Vaşinqton meri Muriel Bouzerəşəhərdəki evsizlər düşərgələrinin yığışdırılması barədə əmrverib.

Trend xəbər verirki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşımedib.

"Biz Vaşinqton merini xəbərdar etmişik ki, şəhərdəki bütünyararsız evsiz düşərgələri, xüsusən də Dövlət Departamentinin və AğEvin yaxınlığında yerləşən düşərgələri yığışdırmalıdır."

Tramp əlavə edib ki, əgər mer Bouzer bunu edə bilməsə, federalhökumət müdaxilə etməyə məcbur olacaq.

"Vaşinqton təmiz və təhlükəsiz olmalıdır! Biz böyükpaytaxtımızla yenidən fəxr etmək istəyirik. Mer Bouzer, ölkəmizvətəndaşları adından göstərdiyiniz səylərə görə təşəkkür edirəm.Ümid edirik ki, uğur qazanacaqsınız." – deyə Tramp vurğulayıb.

Chosen
33
az.trend.az

1Sources