EN

Hava limanının yenidən qurulması zamanı 54 milyon oğurlanıb - Cinayət işi açıldı

Rusiyada Oryol vilayətindəki hava limanının yenidən qurulması zamanı 54 milyon rubl oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu öz saytında məlumat yayıb.

Məlumata görə, vilayətin Daxili İşlər Nazirliyi Oryoldakı Yujno hava limanının yenidən qurulması üçün büdcədən ayrılmış 54 milyon rubldan çox vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktı ilə bağlı cinayət işi açıb.

Söhbət "Orelgoszakazchik"in (Oryol regional dövlət sifarişçisi) "NAO Irmast-Holding" ilə Oryol aerodromunun yenidən qurulması sifarişi çərçivəsində bağladığı müqavilədən gedir.

İstintaq zamanı məlum olub ki, 2022-ci ilin noyabrından 2025-ci ilin martına qədər iş üçün ayrılan pul podratçı şirkətin baş direktorunun və firma ilə əlaqəli şəxslərin hesablarına köçürülüb.

Chosen
41
publika.az

1Sources