EN

Aİ ölkələri səyahətçilər üçün yeni giriş-çıxış sisteminin tətbiqinə razılaşıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri qısa müddətə səyahət edənlər üçünGiriş/Çıxış Sistemi (EES) adlı avtomatlaşdırılmış reyestrin tətbiqibarədə razılığa gəlib.

Trend "Euronews"telekanalına istinadən xəbər verir ki, Brüsseldə daxili işlərnazirlərinin əldə etdiyi razılaşma sistemin payızda işə düşməsinəyol açır.

Üzv dövlətlərə iki seçim verilir:

- Yeni sistemi dərhal tətbiq etmək
- Altı aylıq keçid dövrü ərzində mərhələli şəkildə işə salmaq
- Keçid dövrünün sonunda bütün sərhəd yoxlamaları EES çərçivəsindəhəyata keçiriləcək.

EES-in əsas məqsədi:
- Aİ-nin xarici sərhədlərində yoxlamaların modernləşdirilməsi
- Pasportlardakı ənənəvi ştampların elektron sistemlə əvəzedilməsi.

Sistem turizm, istirahət və iş məqsədi ilə Aİ-yə səfər edən və180 gün ərzində 90 günə qədər qalan Aİ üzvü olmayan ölkələrinvətəndaşlarına şamil ediləcək.

EES işə düşdükdən sonra ziyarətçilərdən pasportlarını təqdimetmələri və üzlərinin fotoşəkli ilə barmaq izlərinin elektronşəkildə skan edilməsi tələb olunacaq.

Chosen
21
az.trend.az

1Sources