EN

Cənubi Koreyada evə mərmi düşməsi nəticəsində 7 yaralanıb

Cənubi Koreyanın Phoçhon şəhərində azı yeddi nəfər təlimlər zamanı atılmış və yaşayış evinə düşmüş mərmi səbəbindən yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Müvafiq müraciət yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə 05:00) qeydə alınıb, həmçinin kənddə bir neçə tikili dağılıb. Hadisənin təfərrüatları ilə bağlı istintaq başlanılıb.

Koreya Respublikası Hərbi Hava Qüvvələri təlimlər zamanı KF-16 qırıcı təyyarəsindən poliqon xaricində səkkiz MK-82 aviabombanın ştatdankənar şəkildə düşdüyünü açıqlayıb.

“Biz mərmilərin ştatdankənar düşməsi nəticəsində yaşayış evlərinin zədələnməsi ilə bağlı insidentdən təəssüflənirik, yaralananlara tezliklə şəfa diləyirik. Zərərçəkənlərə təzminat da daxil olmaqla lazımi tədbirləri görmək niyyətindəyik”, – Hərbi Hava Qüvvələrindən bildirilib.

“Yonhap” agentliyinin məlumatına görə, ABŞ və Koreya Respublikası cümə axşamı günü KXDR ilə sərhəddən 25 km məsafədə yerləşən Phoçhon şəhərindəki Sınçjın poliqonunda döyüş atışlı təlimlər keçirib. Manenvrlərdə tanklar, helikopterlər və təyyarələr daxil olmaqla ümumilikdə 160 ədəd texnika iştirak edib.

Chosen
13
3
report.az

4Sources