Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyevin də dediyi kimi, bu, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün kimi tarixdə qalıb.
Bugünkü mərasimin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inandığını bildirən Ərdoğan isə, çıxışında “Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin” duası ilə yadda qalıb.
Tarixi mərasimdən fotoları təqdim edirik: