EN

Ölən şəxsin ailə vəziyyətinə uyğun olan məlumatın altından xətt çəkilir

Ölüm haqqında akt qeydinin 11-ci qrafasında ölən şəxsin ailə vəziyyətinə uyğun olan məlumatın altından xətt çəkilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

12-ci qrafada iş yeri və vəzifəsi göstərilir, ölən şəxs işləmədiyi halda bu qrafada “işləmir”, ölən şəxs pensiyaçı olduqda “pensiyaçı” sözü yazılır. 13-cü qrafada ölən şəxsin təhsilinə uyğun olan məlumatın altından xətt çəkilir. 14-cü qrafada ölüm faktını təsdiq edən sənədlər əks olunur. 15-ci qrafada məlumat verənin soyadı, adı, atasının adı yazılır. 16-cı qrafada verilən ölüm haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.

17-ci “Qeydlər üçün” qrafada ölümün dövlət qeydiyyatı etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.

Chosen
17
heftelik.az

1Sources