EN

Cənubi Koreyada hərbi təlimdə yaşayış məntəqəsi bombalandı

Cənubi Koreyanın Poçeon əyalətində Hərbi Hava Qüvvələrinə məxsus ən azı bir döyüş təyyarəsi canlı atəş təlimləri zamanı təlim poliqonunun kənarına səhvən səkkiz bomba atıb.

İki sahil”in “Yonhap”a istinadən verdiyi məlumata görə, nəticədə bölgədəki mülki şəxslər yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, canlı atəş təlimində iştirak edən “KF-16” qırıcı təyyarəsi yerli vaxtla səhər saat 10:04-də Seuldan 42 kilometr şimal-şərqdə yerləşən Poçeondakı təlim poliqonundan kənarda səkkiz “MK-82” bombasını "qeyri-adi" şəkildə buraxıb.

Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırma apardığını bildirib və mülki şəxslərə dəyən zərərə görə üzr istəyib.

Rəsmilərin məlumatına görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
13
ikisahil.az

1Sources