EN

Niderland Ukraynaya dəstək üçün 3,5 milyard avro ayıracaq

Niderland 2026-cı ildə Ukraynaya 3,5 milyard avro yardım ayırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dik Şofa istinadla NOS telekanalı məlumat yayıb.

Yayım korporasiyasının məlumatına görə, parlamentdəki debatda çıxış edən Niderland hökumətinin başçısı bildirib ki, əvvəlki illərdə Ukraynaya dəstək üçün hər il təxminən 3,5 milyard avro ayrılıb və 2026-cı ildə də analoji vəsait nəzərdə tutulub. Bununla yanaşı, Baş nazir əlavə edib ki, bu il daha çox vəsaitə ehtiyac olarsa, onlar gələn il üçün büdcədə ehtiyatda saxlanılan vəsaitlərdən istifadə edəcəklər.

Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə toxunan Dik Şof vurğulayıb ki, hazırda bu məsələ açıq qalır. O bildirib ki, Niderland və Avropa Ukraynaya kömək etmək üçün daha çox şey etmək istəyir.

Chosen
27
3
ikisahil.az

5Sources