EN

Neftin qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb

ABŞ prezidenti Donald Trampın gömrük rüsumları (tarifləri) bir çox cəbhədə ticarət müharibəsinə səbəb olub və bu vəziyyət neftə tələbatın perspektivi ilə bağlı narahatlıqları artırıb. Neft qiymətləri altı ayın ən aşağı səviyyəsinə düşüb.

Marja xəbər verir ki, ABŞ xam nefti son dörd seansda 5 faizdən çox ucuzlaşdıqdan sonra barreli 66 dollara yaxın ticarət edilir. Brent nefti  çərşənbə günü 70 dollardan aşağı bağlanıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 69,70 dollardan ticarət olunub. 

Trampın ticarət siyasətinin qlobal bazarları qarışdırması nəticəsində neft yanvarın ortalarından bəri təxminən 25 faiz ucuzlaşıb. Həmçinin, OPEC+ aprel ayında hasilatı artırmaq planına işarə edərək, aşağı istiqamətli "küləkləri" sürətləndirib.

Morgan Stanley ilin qalan hissəsi üçün Brent nefti üzrə proqnozunu aşağı salıb və qiymətin 2025-ci ilin ikinci yarısında 60 dollar ətrafında olacağını gözləyir.

Chosen
21
marja.az

1Sources