EN

XXI əsrdə Pau Kubarsi kimisi olmamışdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Benfika"nı 1:0 hesabı ilə məğlub edən "Barselona"nın müdafiəçisi Pau Kubarsi tarixə düşüb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Portuqaliyadakı matçda qırmızı vərəqə alan mərkəz müdafiəçisi XXI əsrdə ÇL-də meydandan qovulan ən gənc oyunçu olub.

Pau 18 yaş 42 günlüyündə "qırmızı" görüb. Arxa xətt oyunçusu həm də qitənin ən nüfuzlu klub turnirinin tarixində  belə cəzalandırılan ikinci ən gənc futbolçu ünvanına sahib çıxıb. O, yalnız 1994-cü ildə "Anderlext"in forması ilə meydandan qovulan Selestin Babayarodan (16 yaş 86 gün) geri qalır.  

Qeyd edək ki, "Barselona"nın əsas komandasında 65 matça çıxan Kubarsi ilk dəfə qırmızı vərə alıb.

Nihat

Chosen
19
fanat.az

1Sources