EN

Britaniya hökuməti Şotlandiyada üzən külək enerjisi mərkəzinə sərmayə yatıracaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti Şotlandiyanın Cromarty Firth limanınıüzən dəniz külək enerjisi mərkəzinə çevirmək üçün 55,7 milyon funtsterlinq (71,45 milyon dollar) sərmayə ayıracaq.

Trend xəbər verirki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Britaniya 2030-cu ilə qədər elektrik enerjisi sektorunu əsasəndekarbonizasiya etməyi hədəfləyir. Bu məqsədə çatmaq üçün dənizdəkülək enerjisinin genişləndirilməsi əsas prioritetlərdənbiridir.

Üzən turbinlərin üstünlüyü onların dənizin dibinə sabitlənməsinitələb etməməsi və sahildən daha uzaqda yerləşdirilə bilməsidir. Buhəm yerli icmaların estetik narahatlıqlarını azaldır, həm də dahagüclü küləklərdən istifadə etməyə imkan yaradır.

Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır EmissiyaDepartamenti bildirib ki, hökumətin bu maliyyə dəstəyi limanınəlavə sərmayələr cəlb etməsinə kömək edəcək və obyektin 2028-ciilin əvvəlinə qədər fəaliyyətə başlaması gözlənilir.

Chosen
20
1
az.trend.az

2Sources