EN

ABŞ onlarla gizli danışıq apardı: Zelenskinin yerinə bu iki şəxsdən biri gətirilir

ABŞ prezidenti Donald Trampın ətrafındakı insanlar Ukrayna lideri Vladimir Zelenskinin bir sıra əleyhdarları, xüsusən də keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş dövlət başçısı Pyotr Poroşenkonun partiyasının üzvləri ilə gizli danışıqlar aparıblar.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, müzakirələr Ukraynada növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkünlüyü ilə bağlı olub. Ukraynada hərbi vəziyyət qaldığı üçün səsvermə əvvəllər Konstitusiyaya uyğun olaraq təxirə salınmışdı.

"ABŞ əmindir ki, Zelenski ukraynalıların hərbi əməliyyatlardan yorğunluğu və korrupsiya ilə bağlı ictimaiyyətin narazılığına görə lazımi səsləri toplaya bilməyəcək", - nəşr qeyd edib.

Chosen
24
publika.az

1Sources