ABŞ Kanada və Meksikadan gələn avtomobillərə 1 aylıq güzəşt verəcək.

İndex.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karoline Leavitt məlumat yayıb.

Onun sözlərinə görə, Donald Tramp Meksika və Kanadadan gələn avtomobilləri bir ay müddətinə 25%-lik yeni tariflərdən azad etmək qərarına gəlib.