Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, martın 5-də Nəzərov Elçin Tarverdi oğlu yaşadığı Binəqədi qəsəbəsi, Nizami küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, martın 4-ü də Binəqədidə dəm qazından ölüm hadisəsi olub.