EN

Paçu: “Hər oyuna potensial 3 xal kimi baxırıq”

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”yə 1:0 hesabla qalib gəlib.

Gəncə təmsilçisinin hücumçusu Paçu Lira “Futbolpress.az”a açıqlamasında oyun haqda fikirlərini bölüşüb:

“Bu gün hər şey çox yaxşı idi. Biz də çox yaxşı oynadıq və vacib 3 xalımızı qazandıq. Hər oyuna da bu niyyətlə gəlirik”.

29 yaşlı braziliyalı futbolçu növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri matç barədə danışıb:

“Sumqayıt” yaxşı komandadır. Bizim hər oyuna hazırlığımız eynidir. Yəni qarşıdan gələn hər matça potensial 3 xal kimi baxırıq və inanırıq ki, növbəti oyunda da bu 3 xalı qazanarıq”.

Mirkamal Kazım

Chosen
12
futbolpress.az

1Sources