EN

Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirildi - Fotolar

Martın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 282 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Adil Əliyev çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

O, bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik dövlət quruculuğu sayəsində ölkəmizin iqtisadiyyatı inkişaf edir, xalqımızın rifah halı yaxşılaşır.

Bu gün aparılan düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq arenadakı nüfuzu artaraq ölkəmiz dünyada söz sahibinə çevrilib. RİH başçısı əmiliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.






Chosen
17
2
qafqazinfo.az

3Sources